İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb Bakı. 24 dekabr. REPORT.AZ/ İrandan Azərbaycana külli miqdarda nar­kotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
Hadisə
24 Dekabr , 2018 10:59
İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb
0 : 00
0 : 00

Bakı. 24 dekabr. REPORT.AZ/ İrandan Azərbaycana külli miqdarda nar­kotik vasitələrin keçirilməsinin qarşısı alınıb. 

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Hadisə İran-Azərbaycan dövlət sərhədinin Yardımlı rayonu Deman kəndi ərazisindən keçən hissəsində baş verib. Qaçaqmalçılar gətirdikləri malı ataraq geri qaçıblar. Xidməti sahədən qaçaq­mal­çılara məxsus 6 kq 580 qram marixuana və 70 qram heroin götürülüb.

DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycandan İran istiqamərində dövlət sərhədini pozaraq keçməyə cəhd göstərən Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Sadiqova Dilbər Daminovna saxlanılıb.

Dekabrın 21-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sər­həd dəstəsinin Füzuli rayonu Babı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində keçirilən tədbirlər nəticəsində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş vətəndaşları 1993-cü il təvəllüdlü Rubel İmya Abdulmanan və 1996-cı il təvəllüdlü İslam Ariful Abdulla saxlanılıblar. 

Araşdırma zamanı Banqladeş vətəndaşlarının yeddi ay əvvəl Azərbaycana rəsmi qaydada gəlmələri və dövlət sərhədini pozmaqda məqsədlərinin İrana, oradan isə qeyri-qanuni yolla Türkiyəyə miqrasiya etmək olub.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi