Qəbələdə minik avtomobili yanıb
Hadisə
26 sentyabr 2014
09:57


Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanın Qəbələ rayonunun Mirzəbəyli kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili yanıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Belə ki, alov avtomobilin arxa oturacağı və salonun tavan hissəsini əhatə edib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Son xəbərlər
