Pulqabı oğruları saxlanılıb

Pulqabı oğruları saxlanılıb Bakı. 12 oktyabr. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Hadisə
12 Oktyabr , 2018 11:11
Pulqabı oğruları saxlanılıb
0 : 00
0 : 00

Bakı. 12 oktyabr. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, paytaxtın Neftçilər prospektində Qusar rayon sakini V.Balakişiyevin velosipeddən asdığı çantadan içərisində 2660 manat olan pulqabısının oğurlanması barədə daxil olmuş məlumatla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmir Mirzəyev saxlanılıb.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən avtobusda paytaxt sakini olan bir qadının çantasından içərisində pulu və bankomat kartı olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elnur Hüseynov saxlanılıb.

Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki mağazaların birində orada işləyən qadının çantasından 1836 manat və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Yusubova saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi