Psixotrop maddəni daxili bədən boşluğunda gizlədən qadın saxlanılıb

Psixotrop maddəni daxili bədən boşluğunda gizlədən qadın saxlanılıb Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından Azərbaycana gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Hadisə
17 May , 2019 11:34
Psixotrop maddəni daxili bədən boşluğunda gizlədən qadın saxlanılıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından Azərbaycana gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, şəxsi yoxlama zamanı xanım vətəndaşın daxil bədən boşluğundan gömrük nəzarətindən gizlədilən 6 ədəd rezin şarda qablaşdırılan ümumi xalis çəkisi 197,005 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi