Prokurorluqdan Kürdəmirdəki qətllə bağlı açıqlama

Prokurorluqdan Kürdəmirdəki qətllə bağlı açıqlama İyunun 22-i Ruslan Əsədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub
Hadisə
23 İyun , 2021 11:00
Prokurorluqdan Kürdəmirdəki qətllə bağlı açıqlama

İyunun 22-i Ruslan Əsədovun ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"un Kürdəmir Rayon Prokurorluğundan bildirilib.

Aparılan ilkin araşdırmalarla Ramazan Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ruslan Əsədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramazan Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi