Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi xəbəri təkzib edildi

Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi xəbəri təkzib edildi Bəzi kütləvi informasiya vasitələrində guya Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi ilə bağlı məlumatlar yayılmışdır.
Hadisə
24 Sentyabr , 2020 22:21
Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi xəbəri təkzib edildi

"Bəzi kütləvi informasiya vasitələrində guya Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi ilə bağlı məlumatlar yayılıb".

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. 

"Tərəfimizdən həmin məlumatlar təkzib olunaraq bildirilir ki, qeyd olunan informasiya həqiqəti əks etdirmir. İstintaqın gedişatı və nəticəsi barədə ətraflı məlumatın verilməsi təmin olunacaq. Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur" məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi