Prokurorluq Tovuzda baş verən qətllə bağlı məlumat yayıb
Hadisə
- 15 fevral, 2022
- 11:27
Baş Prokurorluq Tovuzda baş verən qətllə bağlı məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən "Report"a daxil olan məlumatda deyilir:
"Fevralın 14-də Tovuz rayonu Hunanlar kənd sakini Qamət Əliyevin öldürülməsi faktı ilə bağlı Tovuz Rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin oğlu Ceyhun Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Qamət Əliyevə odlu silahla bir neçə dəfə atəş açmaqla onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Ceyhun Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir".
Son xəbərlər
18:43
Suriyada daşqınlar nəticəsində 3 nəfər həlak olub
Digər ölkələr18:43
Andrey Demçenko: "Ardıcıl qollardan sonra futbolçuların əhval-ruhiyyəsi aşağı düşdü"
Futbol18:27
Olimpiadada medal qazanacaq gürcü idmançılara pul mükafatı veriləcək
Region18:11
Fransada ORION 2026 hərbi təlimləri başlayıb
Digər ölkələr18:02
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazanıb
Fərdi17:58
Foto
Filippində "Basyanq" fırtınası 12 nəfərin ölümünə səbəb olub
Digər ölkələr17:55
Qərbi Azərbaycan İcması: Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib
Xarici siyasət17:55
Azərbaycan Premyer Liqası: "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib
Futbol17:49