Prokurorluq "sözvətəndaşda" həştəqi altında videolar hazırlayacaq

Prokurorluq "sözvətəndaşda" həştəqi altında videolar hazırlayacaq Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə daim prokurorluq orqanları tərəfindən müraciətlərin müsbət həlli, habelə pozulmuş vətəndaş hüquq və azadlıqlarının bərpası istiqamətində kompleks tədbirlər görülür
Hadisə
7 Sentyabr , 2020 16:30
Prokurorluq sözvətəndaşda həştəqi altında videolar hazırlayacaq

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə daim prokurorluq orqanları tərəfindən müraciətlərin müsbət həlli, habelə pozulmuş vətəndaş hüquq və azadlıqlarının bərpası istiqamətində kompleks tədbirlər görülür. 

Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, sosial şəbəkə hesablarında paylaşımların şərh bölmələrində, eləcə də birbaşa məktub vasitəsilə prokurorluq orqanlarına şikayət edərək müraciəti müsbət həll olunmuş çoxsaylı vətəndaşlar öz məmnunluqlarını ifadə edirlər.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunanlarla bağlı #sözvətəndaşda həştəqi altında videoların hazırlanaraq ictimaiyyətə təqdim olunması qərara alınıb. 

Əminliklə bildiririk ki, vətəndaş məmnuniyyətinin təmin olunması prokurorluq orqanları üçün hər zaman prioritet məsələdir.

Son xəbərlər

Orphus sistemi