​Prokurorluq Rusiyada azərbaycanlını qətlə yetirən şəxsin işi üzrə apellyasiya protesti verib

​Prokurorluq Rusiyada azərbaycanlını qətlə yetirən şəxsin işi üzrə apellyasiya protesti verib Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası mayın 13-nə təyin edilib
Hadisə
10 May , 2016 11:13
​Prokurorluq Rusiyada azərbaycanlını qətlə yetirən şəxsin işi üzrə apellyasiya protesti verib

Bakı. 10 may. REPORT.AZ/ Rusiya Federasiyasının Perm şəhərində azərbaycanlını qətlə yetirməkdə təqsirləndirilən Rəsul Rafiq oğlu Fətəliyevin cəzasının çəkilməmiş qalan hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməsi barədə məhkəmə qərarından dövlət ittihamçısı apellyasiya protesti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası mayın 13-nə təyin edilib.

İşə hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ittiham aktına əsasən, cinayət hadisəsi 2004-cü il avqustun 14-dən 15-nə keçən gecə Rusiya Federasiyasının Perm şəhərində “Oskar” adlı barda baş verib. R.Fətəliyev barda Salyan rayon sakini Qubad Səmədovla əvvəl mübahisə edib. Daha sonra o, Q.Səmədovu bıçaqla qətlə yetirib. Hadisə ilə bağlı Rusiya Federasiyasında başlanmış cinayət işi Cəlilabad Rayon Prokurorluğuna göndərilib. Həbs edilən R.Fətəliyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb.

2007-ci il dekabr ayının 18-də Azərbaycan Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin hökmü ilə R.Fətəliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, R.Fətəliyev cəzasının çəkilməmiş qalan hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Bu il aprel ayının 5-də məhkəmə ərizəni təmin edib. Qərardan narazı qalan prokuror apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi