Cəlilabadda keçmiş arvadını öldürən şəxs tutulub

Cəlilabadda keçmiş arvadını öldürən şəxs tutulub Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir
Hadisə
271
29 May , 2021 10:55
Cəlilabadda keçmiş arvadını öldürən şəxs tutulub

Mayın 28-də rayon sakini Xanaliyeva Rəna Allahqulu qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.

Cəlilabad rayon prokurorluğundan "Report"a verilən məlumata görə, istintaqla zərərçəkmişin keçmiş əri Bayramov Cavid Nəriman oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəna Xanaliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cavid Bayramov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi