“Green house” şirkətinin əməkdaşı yıxılaraq xəsarət alıb

“Green house” şirkətinin əməkdaşı yıxılaraq xəsarət alıb Sentyabr 17-də Hacıqabul rayonunun Atbulaq kənd sakini İlkin Baxşaliyevin fəhlə işlədiyi “Green house” MMC-nin giriş hissəsinin dam örtüyünün üzərində təmir işləri ilə məşğul olduğu zaman yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil
Hadisə
975
18 Sentyabr , 2020 11:14
“Green house” şirkətinin əməkdaşı yıxılaraq xəsarət alıb

Sentyabr 17-də Hacıqabul rayonunun Atbulaq kənd sakini İlkin Baxşaliyevin fəhlə işlədiyi “Green house” MMC-nin giriş hissəsinin dam örtüyünün üzərində təmir işləri ilə məşğul olduğu zaman yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Hacıqabul Rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, dərhal prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, hadisə ilə əlaqədar izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Hazırda hadisənin baş vermə səbəb, şərait və mexanizminin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi