Bakı. 15 fevral. REPORT.AZ/ Prokurorluq Ukraynadan avtomobil yağı və antifirist gətirmək adı ilə, ümumlikdə, yarım milyon manat dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Səfərovun barəsində olan bəraət hökmündən apellyasiya şikayəti verib.
"Report"un xəbərinə görə, Sumqayıt
Şikayət hazırda Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılır.
Həmçinin zərərçəkmiş tərəf də apellyasiya şikayəti verib. O, ona dəymiş ziyanın ödənilməsini tələb edir.
Qeyd edək ki, F.Səfərov bir neçə tanışına Ukraynadan avtomobillərin istifadəsi üçün yağ və antifirist gətirəcəyini vəd verib. Amma vədinə əməl etməyərək onlara qarşı külli miqdarda dələduzluq edib.
İş üzrə ondan çox zərərçəkən var. Dəymiş ümumi ziyan yarım milyon manata yaxındır.
F.Səfərov isə özünü təqsirli bilmir və iş üzrə zərərçəkmiş Elmar Səmədovun ona qarşı tələ qurduğunu deyir.
Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində bəraət hökmü çıxarıb.