Bakı. 14 may.
"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədriliyi ilə keçirilən prosesdə hökm oxunub.
Qərara əsasən, F.Səfərovun əməlində heç bir cinayət olmayıb və ona verilən ittihamlar sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.
Qeyd edək ki, F.Səfərov bir neçə tanışına Ukraynadan avtomobillərin istifadəsi üçün yağ və antifirist gətirmək adı ilə külli miqdarda dələduzluq edib.
İş üzrə ondan çox zərərçəkən var. Dəymiş ümumi ziyan yarım milyon manata yaxındır.
F.Səfərov isə özünü təqsirli bilmir və iş üzrə zərərçəkmiş Elmar Səmədovun ona qarşı tələ qurduğunu deyir.