​Prokurorluq barəsində bəraət hökmü çıxarılan şəxslə bağlı məhkəmə qərarından apellyasiya protesti verib

​Prokurorluq barəsində bəraət hökmü çıxarılan şəxslə bağlı məhkəmə qərarından apellyasiya protesti verib İşə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılır
Hadisə
2 Mart , 2016 16:05
​Prokurorluq barəsində bəraət hökmü çıxarılan şəxslə bağlı məhkəmə qərarından apellyasiya protesti verib

Bakı. 2 mart. REPORT.AZ/ Baş Prokurorluq narkotik maddələrin dövriyyəsində təqsirləndirilən İmanverdiyev Ayaz Mikayıl oğlu barəsində olan hökmdən apellyasiya protesti verib.

"Report"un məlumatına görə, işə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, A.İmanverdiyev Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.

Yasamal Rayon Məhkəməsində onun təqsirliliyi sübuta yetirilmədiyi üçün A.İmanverdiyev barəsində bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Qərardan narazı qalan Baş Prokurorluq apellyasiya protesti verib. 

Son xəbərlər

Orphus sistemi