Prokurorluq "Aztelekom"un əməkdaşının ölümünün təfərrüatını açıqlayıb

Prokurorluq "Aztelekom"un əməkdaşının ölümünün təfərrüatını açıqlayıb Mayın 19-u saat 10 radələrində Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, "Aztelekom" MMC-nin D
Hadisə
20 May , 2022 12:12
Prokurorluq Aztelekomun əməkdaşının ölümünün təfərrüatını açıqlayıb

Şamaxı Rayon Prokurorluğu "Aztelekom"un əməkdaşının ölümünün təfərrüatını açıqlayıb.

Prokurorluqdan "Report"a daxil olan açıqlamada deyilir:

"Mayın 19-u saat 10 radələrində Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, "Aztelekom" MMC-nin Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində işləyən Cahangir Tanrıverdiyev qeyd edilən tarixdə telefon xəttinin çəkilişini həyata keçirən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır".

Son xəbərlər

Orphus sistemi