Yuxarı
    Bağlamaq

    Prokurorluq arı sancmasından baş verən ölüm hadisəsi ilə bağlı araşdırmalara başlayıb

    Ekspertiza aparılır

    Bakı. 2 noyabr. REPORT.AZ/ Bakıda arı sancmasından baş verən ölüm hadisəsi ilə bağlı materiallar Sabunçu rayon Prokurorluğuna göndərilib.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Report”a bildirib ki, hazırda məsələ ilə bağlı ekspertiza aparılır.

    Xatırladaq ki, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü İmanlı Cavid Telman oğlunu arı sancıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub. C.İmanlı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.

    Mərhumun bacısı iddia edir ki, qardaşı narkozun şokundan ayıla bilməyərək vəfat edib.

    Qeyd edək ki, mərhumun dekabr ayının sonunda toyu olacaqmış. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi