Bakı
"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfi çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses sentyabrın 13-də davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elçin Məsimov evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü B.Yaqubovla mübahisə edib.
Mübahisə dava ilə nəticələnib və B.Yaqubov E.Məsimova 7 bıçaq zərbəsi vurub. Yaralı koma vəziyyətində 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.
B.Yaqubova Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.