Prokuror vergidən yayınan sahibkara cəza istəyib

Prokuror vergidən yayınan sahibkara cəza istəyib İclsada çıxış edən Vergilər Nazirliyinin nümayəndəsi mülki iddianın təmin edilməsini tələb edib
Hadisə
11 Avqust , 2017 11:36
Prokuror vergidən yayınan sahibkara cəza istəyib

Bakı. 11 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vergi ödəməkdən yayınmada təqsirləndirilən Nəsib Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında N.Həsənovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İclsada çıxış edən Vergilər Nazirliyinin nümayəndəsi mülki iddianın təmin olunmasını tələb edib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili çıxışa hazır olmadığını deyib. O, çıxış üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, N.Həsənov sahibkarlıqla məşğul olub. O, "Sədərək" Ticarət Mərkəzində mağaza işlədib. İttihama əsasən, N.Həsənov vergi ödəməkdən yayınmada təqsirli bilinir. Onun Vergilər Nazirliyinə 27 min manat vergi borcu olub.

N.Həsənov istintaqdan yayındığı üçün Azərbaycan hüquq-mühafizə orqanları biznesmeni axtarışa verib.

Bu barədə "İnterpoll"un saytında məlumat da yerləşdirilib. Məlumatda qeyd olunub ki, 57 yaşlı N.Həsənov Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Daha sonra N.Həsənov Azərbaycan ərazisində saxlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi