Prokuror Sumqayıtda ögey xalasını qətlə yetirən şəxsə ağır cəza istəyib

Prokuror Sumqayıtda ögey xalasını qətlə yetirən şəxsə ağır cəza istəyib Məhkəmənin növbəti iclası mayın 8-nə təyin edilib
Hadisə
24 Aprel , 2017 12:09
Prokuror Sumqayıtda ögey xalasını qətlə yetirən şəxsə ağır cəza istəyib

Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və qətldə təqsirləndirilən Ramil Əbilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror R.Əbilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası mayın 8-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il iyul ayının 22-də Sumqayıt şəhərində baş verib. Masallı rayon sakini R.Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, onu xüsusi amansızlıqla öldürüb və oradan 800 manat pul və bir ədəd kompüter aparıb.

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Əbilov tutulub.

Son xəbərlər

Orphus sistemi