Prokuror soyğunçuluqda təqsirləndirilən azərbaycanlı Avropa çempionuna cəza istəyib

Prokuror soyğunçuluqda təqsirləndirilən azərbaycanlı Avropa çempionuna cəza istəyib Bakı. 29 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu olmuş Anar İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
29 İyun , 2018 11:17
Prokuror soyğunçuluqda təqsirləndirilən azərbaycanlı Avropa çempionuna cəza istəyib

Bakı. 29 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu olmuş Anar İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında A.İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı onun məhkəmə zalından həbs edilməsini tələb edib.

Məhkəmənin növbəti iclası iyulun 10-nə təyin olunub.

Qeyd edək ki, A.İsmayılov Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə ittiham edilir. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, A.İsmayılov 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi