Prokuror Qiyas İbrahimova cəza istəyib

Prokuror Qiyas İbrahimova cəza istəyib Dövlət ittihamçısı Qiyas İbrahimovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
Hadisə
21 Oktyabr , 2016 17:42
Prokuror Qiyas İbrahimova cəza istəyib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qiyas İbrahimovun məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Q.İbrahimovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses oktyabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi