Prokuror qayınanasını bıçaqlayan şəxsə cəza istəyib

Prokuror qayınanasını bıçaqlayan şəxsə cəza istəyib Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib
Hadisə
22 Sentyabr , 2017 17:35
Prokuror qayınanasını bıçaqlayan şəxsə cəza istəyib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağırır zərər vurmaqda təqsirləndirilən, 1986-cı il təvəllüdlü İsgəndərov Naiq Cavan oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında N.İsgəndərovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə bu il aprel ayında Sabunçu rayonu, Anaşkin küçəsi, ev 10-da qeydə alınıb. Həmin ünvanda 1961-ci il təvəllüdlü Hürü Qədim qızı Qurbanova qızı Leyla İsgəndərovanın evinə qonaq gəlib. Bu zaman görüb ki, Kürəkəni İsgəndərov Naiq Cavan oğlu öz həyat yoldaşı Leyla İsgəndərovanı döyüb. Səbəb isə ərlə arvad arasında ona məxsus olan evin satılması ilə bağlı olub.

H.Qurbanova qızı ilə kürəkəni mübahisə edən zaman onları sakitləşdirmək istəsə də, nəticədə N.İsgəndərov tərəfindən bıçaqlanıb. Hadisədən sonra yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb və qadında qarnın ön divarının kəsilmiş-deşilmiş yarası xəsarəti aşkar edilib. Əməliyyat olunan qadın cərrahiyə şöbəsinə yerləşdirilib.

N.İsgəndərov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya təqsirkar üçün aşkar sürətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilir.

Məhkəmə istintaqı dövründə zərərçəkmiş qayınana kürəkəni ilə barışdığını və hadisədə özünün də günahkar olduğunu söyləyib. O, iki nəvəsinin atası olan N.İsgəndərovun bağışlanmasını məhkəmədən xahiş edib.

Son xəbərlər

Orphus sistemi