Prokuror qardaşını öldürməkdə təqsirləndirilən qıza iş istəyib

Prokuror qardaşını öldürməkdə təqsirləndirilən qıza iş istəyib Məhkəmənin növbəti prosesi fevralın 25-nə təyin edilib
Hadisə
18 Fevral , 2016 11:47
Prokuror qardaşını öldürməkdə təqsirləndirilən qıza iş istəyib

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən M.N.-in (şərti) cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında M.N.-in 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti prosesi fevralın 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü ildə Qusar rayonunda baş verib.

İttiham aktına əsasən, M.N. qardaşı N.N.-ni (şərti) qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi