Prokuror qardaşını bıçaqlayan şəxsə cəza istəyib

Prokuror qardaşını bıçaqlayan şəxsə cəza istəyib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını xuliqanlıq niyyəti ilə bıçaqlamaqda təqsirləndirilən Sərxan Hacallının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
10 Aprel , 2019 15:27
Prokuror qardaşını bıçaqlayan şəxsə cəza istəyib
0 : 00
0 : 00

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını xuliqanlıq niyyəti ilə bıçaqlamaqda təqsirləndirilən Sərxan Hacallının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında S.Hacallının 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası mayın 1-nə təyin edilib.

İttiham aktına əsasən, S.Hacallı mübahisə zəminində qardaşı Qaraxan Acalovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan S.Hacallı barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi