Prokuror qanunsuz dərman satan aptek sahibinin hökmündən protest verib

Prokuror qanunsuz dərman satan aptek sahibinin hökmündən protest verib Bakı. 30 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satmaqda təqsirləndirilən İlkin Məmmədov və Günel İslamovanın barəsində olan hökmdən verilən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
30 İyun , 2018 16:47
Prokuror qanunsuz dərman satan aptek sahibinin hökmündən protest verib

Bakı. 30 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satmaqda təqsirləndirilən İlkin Məmmədov və Günel İslamovanın barəsində olan hökmdən verilən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqisrləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 10-na təyin edilib.

Qeyd edək ki, Sabunçu rayonu Maştağa qəsəbəsində fəaliyyət göstərən aptekin sahibi İ.Məmmədov və G.İslamovaya Cinayət Məcəlləsinin 240.2.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, təkrarən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İttiham aktına əsasən, hər iki şəxs qanunsuz olaraq narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən dərmanların satışı ilə məşğul olublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 1 il müddətinə azadlıqdan məhrum edilib. G.İslamova barəsində isə 1 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti, prokuror isə apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi