Prokuror "Qanlı göl”də əxlaqsız təklif etdiyi üçün qayınanasını öldürən şəxsə cəza istəyib

Prokuror "Qanlı göl”də əxlaqsız təklif etdiyi üçün qayınanasını öldürən şəxsə cəza istəyib Məhkəmənin növbəti iclası iyulun 17-nə təyin edilib
Hadisə
10 İyul , 2018 17:19
Prokuror Qanlı göl”də əxlaqsız təklif etdiyi üçün qayınanasını öldürən şəxsə cəza istəyib
Report
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qayınanasını boğaraq öldürməkdə təqsirləndirilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışında onun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası iyulun 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Yasamal rayonunda baş verib. "Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü yerli sakin Namazova Nigar Koroğlu qızının meyiti tapılıb.

N.Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Ancaq məhkəmə tibbi ekspertizasının nəticələri bunun əksini deyib. Məlum olub ki, N.Namazova qətl qurbanı olub, onu boğaraq öldürüblər.

Qısa zamanda istintaq-əməliyyat qrupu cinayətkarın izinə düşüb. Qatilin N.Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü, Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.

C.İbrahimov ilkin ifadəsində bildirib ki, qayınanası ona əxlaqsız hərəkətlər etmək təklifi edib. Buna görə də o, N.Namazovanı döyüb, lakin qadını öldürmək niyyəti olmadığını deyib.

C.İbrahimova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi