Prokuror özünü "Bakcell"in işçisi kimi təqdim edərək 80 min manat yığan şəxsə 10 il iş istəyib

Prokuror özünü "Bakcell"in işçisi kimi təqdim edərək 80 min manat yığan şəxsə 10 il iş istəyib Məhkəmənin növbəti iclası oktyabrın 15-nə təyin edilib
Hadisə
12 Oktyabr , 2015 16:11
Prokuror özünü Bakcellin işçisi kimi təqdim edərək 80 min manat yığan şəxsə 10 il iş istəyib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəhruz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı B.Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, B.Əliyev 41 nəfər şəxsdən dələduzluq yolu ilə ümumilikdə 80 min manat pul alıb. O, həmin şəxslərə özünü "Bakcell" şirkətinin işçisi kimi təqdim edərək onlara işə düzəldəcəyini vəd edib. Daha sonra tutulan B.Əliyev dəyən ziyanın 24 min manatını zərərçəkən şəxslərə ödəyib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. 

Son xəbərlər

Orphus sistemi