Müsavat Partiyasının rayon təşkilatının sədrinə hökm oxunub - YENİLƏNİB

Müsavat Partiyasının rayon təşkilatının sədrinə hökm oxunub - YENİLƏNİB Apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayarsa, həbsin icrası həyata keçiriləcək
Hadisə
3 Oktyabr , 2017 15:30
Müsavat Partiyasının rayon təşkilatının sədrinə hökm oxunub - YENİLƏNİB

Bakı. 3 oktyabr. REPORT.AZ/ Masallı Rayon Məhkəməsində Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Fərzullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayarsa, həbsin icrası həyata keçiriləcək.

*** 14:10

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu gün Masallı Rayon Məhkəməsində Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Fərzullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bu barədə "Report"a vəkil Nemət Kərimli məlumat verib.

Onun sözlərinə görə, məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında X.Fərzullayevin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Sonra vəkil N.Kərimli müdafiə çıxışı edib, ittihamların əsassız olduğunu və qəbul etmədiklərini söyləyib. 

Hazırda məhkəmə iclasında fasilə elan olunub. Fasilədən sonra X.Fərzullayevə hökm oxunması gözlənilir.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi bu il aprelin 5-də Masallı rayonunun Bədəlan kənd ərazisində baş verib. X.Fərzullayev öz avtomobilində hərəkətdə olan zaman Bədəlan kənd sakini, piyada Rauf Tağıyevin qəfildən yola çıxması nəticəsində vurub. Sürücü dərhal onu xəstəxanaya çatdırıb və Bakıda müalicəsinin, o cümlədən cərrahi əməliyyatın bütün xərclərini, öz üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi