Kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - YENİLƏNİB

Kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - YENİLƏNİB Kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hadisə
18 Mart , 2024 18:00
Kriminal aləmdə Nicat Lənkəranski ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - YENİLƏNİB

Kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərova hökm oxunub.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən təqsirləndirilən şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Belə ki, N.Əkbərovun əməli Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsinə tövsif olunub. Həmin müddət barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan hesablanır. Təqsirləndirlilən şəxs 23 gün sonra azadlığa buraxılacaq.

17:54

Kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı N.Əkbərovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Nicat Lənkəranski Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ( külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində ittiham olunub.

Xatırladaq ki, Nicat Əkbərov digər cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Belə ki, bu ilin martında paytaxtın Nəsimi rayonu ərazisində Nicat Lənkəranskiyə qarşı silahlı hücum olunmuşdu. Hadisəyə görə şübhəli şəxs qismində Şahmar İsmayılov, Elvin Qasımov və Vüqar Quliyev saxlanılıb. İnsident nəticəsində məsələyə aidiyyəti olmayan iki nəfər yaralanmışdı.

Son xəbərlər

Orphus sistemi