Prokuror keçmiş arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşına ağır cəza istəyib

Prokuror keçmiş arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşına ağır cəza istəyib Məhkəmənin növbəti məhkəmə iclası mayın 31-nə təyin edilib
Hadisə
30 May , 2017 12:59
Prokuror keçmiş arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşına ağır cəza istəyib

Bakı. 30 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən Samir Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında S.Əliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmişin hüququ varisi (anası) çıxışında bildirib ki, qızını S.Əliyev öldürüb. O, təqsirləndirilən şəxsə ağır cəza verilməsini tələb edib.

Təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışına hazır olmadıqlarını deyərək məhkəmədən vaxt istəyiblər.

Məhkəmənin növbəti məhkəmə iclası mayın 31-nə təyin edilib.

Xatırladaq ki, ittiham aktına əsasən, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. Üç uşaq anası olan 34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib.

Qətldən bir neçə gün əvvəl - iyulun 26-da onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra N.Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.

S.Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülərək Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb. İstintaq dövründə onun barəsində daha bir neçə maddə irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi