Prokuror "Kanal 13"ün direktoruna cəza istəyib

Prokuror "Kanal 13"ün direktoruna cəza istəyib Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Kanal 13 internet televiziyasının direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
5 Dekabr , 2017 11:43
Prokuror Kanal 13ün direktoruna cəza istəyib
Report

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Ə.Orucovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra Ə.Orucovun vəkili Cavad Cavadov müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti prosesi dekabrın 12-nə təyin edilib.

Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi