Prokuror jurnalistlərin binasından mənzil vəd edərək dələduzluq törədən baş redaktora cəza istəyib

Prokuror jurnalistlərin binasından mənzil vəd edərək dələduzluq törədən baş redaktora cəza istəyib Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Zaman Press qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
112
24 Aprel , 2018 11:47
Prokuror jurnalistlərin binasından mənzil vəd edərək dələduzluq törədən baş redaktora cəza istəyib

Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında G.Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə mayın 1-də davam etdiriləcək.

Qeyd edək ki, ittiham aktına əsasən, G.Hüseynov öz işçilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirib. 

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi