Prokuror hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistə cəza istəyib

Prokuror hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistə cəza istəyib Məhkəmənin növbəti iclası sentyabrın 15-nə təyin edilib
Hadisə
8 Sentyabr , 2017 14:48
Prokuror hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistə cəza istəyib
Report.az

Bakı. 8 sentaybr. REPORT.AZ/ Bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən jurnalist Elçin İsmayıllının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, prosesdə prokuror çıxış edib.

O, Elçin İsmayıllının 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, E.İsmayıllı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə ittiham edilir.

O, 2017-ci ilin fevral ayının 17-də İsmayıllı rayonunda həbs olunub. E.İsmayıllı İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.

O, məhkəmədə özünü təqsirli bilməyib və saxlanılarkən üzərində olan 1000 manat pulu illərdir tanıdığı Azər Abbasovdan borc aldığını deyib.

İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin keçmiş rəhbəri Azər Abbasov məhkəmədə deyib ki, həmin vəsaiti ona icra başçısı Mirdaməd Sadıqov verib və E.İsmayıllıya çatdırmasını istəyib.

Son xəbərlər

Orphus sistemi