Biləsuvarın sabiq icra başçısına 11 il həbs cəzası verilib

Biləsuvarın sabiq icra başçısına 11 il həbs cəzası verilib Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
18 Mart , 2022 17:09
Biləsuvarın sabiq icra başçısına 11 il həbs cəzası verilib

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

16.46

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

“Report”un xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Leyla Məmmədova müdafiə çıxışı edib.

O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Eyni zamanda vəkil M.Quliyevin Bakı şəhərində yerləşən iki mənzilinin və bir maşınının üzərinə qoyulmuş həbsin götürülməsini tələb edib.

Daha sonra təqsirləndirilən şəxs son söz deyib. O barəsində bəraət hökmünün verilməsini istəyib.

Hakimlər kollegiyası müşavirə otağına yollanıb.

Məhkəmə müşavirədən qayıdandan sonra hökmü elan edəcək.

12.57

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Bu barədə "Report"a onun vəkili Leyla Məmmədova deyib.

O bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib: "Prokuror çıxışında M.Quliyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istədi. Daha sonra müdafiə çıxışı üçün məhkəmədən vaxt istədim. Prosesdə fasilə elan olunub. Günün ikinci yarısından sonra məhkəmə iclası davam edəcək".

Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

M.Quliyev 2011-ci ildən 2020-ci ilə qədər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi