Prokuror ​"Facebook" şərhinə görə tanışına 18 bıçaq zərbəsi vuran şəxsə iş istəyib

Prokuror ​"Facebook" şərhinə görə tanışına 18 bıçaq zərbəsi vuran şəxsə iş istəyib Dövlət ittihamçısı Rövşən Şahmarovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib
Hadisə
23 Oktyabr , 2015 16:53
Prokuror ​Facebook şərhinə görə tanışına 18 bıçaq zərbəsi vuran şəxsə iş istəyib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Elvin Muradovu bıçaqlamaqda təqsirləndirilən 1998-ci il təvəllüdlü Rövşən Elşad oğlu Şahmarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror R.Şahmarovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 30-na təyin edilib.

Qeyd edək ki, hadisə bu il baş verib. Nizami rayonunda yerləşən 238 saylı məktəbin şagirdi olan R.Şahmarov E.Muradova 18 bıçaq zərbəsi endirib. Xəsarət alan E.Muradov Sabunçu Rayon 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Həkimlərin tibbi yardım göstərməsi nəticəsində E.Muradovun həyatını xilas etmək mümkün olub. Hadisəyə səbəb isə R.Şahmarovun "Facebook" sosial şəbəkəsində bir qızla çəkdirdiyi şəklin altında E.Muradovun yazdığı şərh olub. Həmin şərhə görə onların arasında mübahisə düşüb. Mübahisə isə R.Şahmarovun bıçağa əl atması ilə nəticələnib. R.Şahmarov gecə saatlarında E.Muradovun dediyi ünvana gedərək onu bıçaqlayıb.

O, Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur. 

Son xəbərlər

Orphus sistemi