Prokuror Əvəz Hafizlini öldürməkdə təqsirləndirilən şəxsə cəza istəyib

Prokuror Əvəz Hafizlini öldürməkdə təqsirləndirilən şəxsə cəza istəyib Bakıda qətl törətməkdə təqsirləndirilən Əmrulla Güləliyevə hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə
25 İyul , 2022 18:08
Prokuror Əvəz Hafizlini öldürməkdə təqsirləndirilən şəxsə cəza istəyib

Prokuror Bakıda qətl törətməkdə təqsirləndirilən Əmrulla Güləliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

"Report" xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Proses iyulun 29-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, Ə.Güləliyev qohumu, 24 yaşlı Əvəz Hafizlini yaşadığı evin həyətində bıçaqlayaraq qətlə yetirib.

Ə.Güləliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi