Prokuror DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərə cəza istəyib

Prokuror DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərə cəza istəyib Prokuror çıxışında Aydın Gülməmmədovun 14 il və Əmrah İmanovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
Hadisə
23 Avqust , 2017 12:14
Prokuror DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərə cəza istəyib

Bakı. 23 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan və İŞİD üzvü olmaqda təqsirləndirilən Aydın Gülməmmədov və Əmrah İmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdəə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında A.Gülməmmədovun 14 il və Ə.İmanovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər 2016-cı ilin oktyabr ayında saxlanılıblar. Rəsmi məlumata görə, Bakı-İstanbul reysində olan İŞİD üzvləri DTX əməkdaşlarına müqavimət göstərərkən zərərsizləşdiriliblər. Onlaran ikisi öldürlülüb, ikisi isə sağ ələ keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Ağamirzə Quliyevin sərnişin olduğu “Bakı-İstanbul” avtobusu Ələt qəsəbəsi ərazisində saxlanılıb.

Ona DTX-ya getmək təklif olunsa da A.Quliyev üzərindəki əl qumbarasını partlatmağa cəhd edib. Xüsusi təyinatlılar tərəfindən A.Quliyev zərərləşdirilib. Dəstənin digər üzvü Fuad Rüstəmov isə Abşeron rayonu ərazisində saxlanılarkən silahlı müqavimət göstərən zaman öldürülüb. 4 nəfərlik dəstə üzvlərindən ikisi isə sağ ələ keçirilib. Onalar Sumqayıt şəhər sakinləri A.Gülməmmədov və Ə.İmanovdur. 

Onlar barəsində Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən Cinayət Məcəlləsinin 218.2, 28,181.2.1, 28,214.2.1, 28,214.2.3 və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb. İstintaq başa çataraq iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi