Prokuror direktorun otağına qumbara atan şəxsə cəza istəyəcək

Prokuror direktorun otağına qumbara atan şəxsə cəza istəyəcək Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbərinin otağına qumbara ataraq qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şirin Astanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hadisə
6 Sentyabr , 2019 16:18
Prokuror direktorun otağına qumbara atan şəxsə cəza istəyəcək

Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbərinin otağına qumbara ataraq qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şirin Astanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ANAMA-nın qumbaranın partladılaraq zərərsizləşdirilməsi barədə aktı elan edilib. Aktda qeyd edilib ki, cinayət işində götürülən "RQD-5" əl qumbarası Qaradağ rayonu ərazisində təhlükəsiz qaydada partladılmaqla zərəsizləşdirilib.

Daha sonra məhkəmə istintaqının tamamlandığı elan edilib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 13-də davam edəcək.

Qeyd edək ki, hadisə bu ilin mart ayında Sumqayıtda yerləşən "Azkompozit” MMC şirkətində baş verib. Ş.Astanov şirkətin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələrək əvvəlki işinə - idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə bərpa olunmasını tələb edib. Ş.Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb direktorun otağına ataraq partlatmağa çalışıb. Amma qumbarada olan texniki nasazlıq səbəbi ilə partlayış baş verməyib.

Ş.Astanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Orphus sistemi