Prokuror Binəqədidə yeniyetməni qətlə yetirən gəncə cəza istəyib

Prokuror Binəqədidə yeniyetməni qətlə yetirən gəncə cəza istəyib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ağaramazan İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
10 Aprel , 2019 17:54
Prokuror Binəqədidə yeniyetməni qətlə yetirən gəncə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ağaramazan İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası aprelin 17-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi 2018-ci ilin iyun ayında Binəqədi rayonunun Hökməli qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü A.İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi bıçaqlayaraq qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi