Prokuror Bakıda qumarbazı qətlə yetirən şəxsə cəza istəyib

Prokuror Bakıda qumarbazı qətlə yetirən şəxsə cəza istəyib Prokuror Şəhriyar Abbasquliyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
Hadisə
23 Fevral , 2017 12:03
Prokuror Bakıda qumarbazı qətlə yetirən şəxsə cəza istəyib

Bakı. 23. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şəhriyar Abbasquliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında S.Abbasquliyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü İlham Tahir oğlu Ağayev bıçaqlanaraq öldürülüb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxsin Maştağa sakini Ş.Abbasquliyev olduğu müəyyən edilib. Daha sonra o, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, KİV qətlə yetirilən İ.Ağayevin qumarbaz olduğunu yazıb.

Son xəbərlər

Orphus sistemi