Yuxarı
    Bağlamaq

    Ögey qızını döyərək öldürməkdə təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib - YENİLƏNİB

    Məhkəmə iclası başa çatıb© Report

    Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ögey qızını döyərək öldürməkdə təqsirləndirilən Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    "Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, E.Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.


    *** saat 11:27

    Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ögey qızını döyərək öldürməkdə təqsirləndirilən Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    "Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

    Prokuror çıxışında E.Hacıyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Qeyd edək ki, ötən il iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.

    Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib.

    Faktla əlaqədar cinayət işi başlanıb.

    Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Elnar Hacıyev tutulub.

    O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi