Prokuror Bakıda kafedə cinayət törədən şəxsə cəza istəyib

Prokuror Bakıda kafedə cinayət törədən şəxsə cəza istəyib Məhkəmə istintaqı yekunlaşıb
Hadisə
26 Sentyabr , 2017 12:34
Prokuror Bakıda kafedə cinayət törədən şəxsə cəza istəyib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fərhad Musayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Prokuror çıxışında F.Musayevin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il mart ayının 26-da gecə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, Xırdalan şəhərinin "Quşçuluq" yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Dərhal araşdırmalara başlayan polis müəyyən edib ki, həmin gecə T.Məmmədov paytaxtın Nəsimi rayonu, Bül-Bül prospektindəki, "Do Re Mi" kafesinin inzibatçısı - Bakı şəhər sakini F.Musayevlə mübahisə edib.

İnzibatçı F.Musayev aralarında baş verən münaqişə zəminində T.Məmmədovu yumruqla vurub və o başından ağır xəsarət alıb. Vəziyyətinin ağır olduğunu görən F.Musayev onun dostu ilə birgə T.Məmmədovu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan T.Məmmədov orda dünyasını dəyişib.

Məlumata görə, həmin gün gecə klubunda müğənnilərdən birinin konsert proqramı olub. Mərhum T.Məmmədov isə dostları ilə həmin partidə iştrak edib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində gecə klubunun inzibatçısı F.Musayevi saxlayıblar.

Son xəbərlər

Orphus sistemi