Prokuror Bakıda evdən 50 min manatlıq qızıl oğurlayan şəxslərə cəza istəyib

Prokuror Bakıda evdən 50 min manatlıq qızıl oğurlayan şəxslərə cəza istəyib F.Əhmədov və N.Ağayeva Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham olunurlar
Hadisə
16 Mart , 2017 16:33
Prokuror Bakıda evdən 50 min manatlıq qızıl oğurlayan şəxslərə cəza istəyib

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fərid Əhmədov və Nigar Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında hər iki şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti prosesi martın 30-na təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, F.Əhmədov və N.Ağayeva ötən ilin iyunun 10-da Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, habelə 50 min manat dəyərində qızıl əşyalar oğurlamaqda təqsirli biliniblər.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs şübhəli şəxs qismində tutulublar. Daha sonra onların barəsində həbs qətimkan tədbiri seçilib.
F.Əhmədov və N.Ağayeva Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi