Prokuror Bakıda bir neçə cinayət törətməkdə təqsirləndirilən keçmiş məhkuma cəza istəyib

Prokuror Bakıda bir neçə cinayət törətməkdə təqsirləndirilən keçmiş məhkuma cəza istəyib Məhkəmənin növbəti iclası avqustun 18-nə təyin edilib
Hadisə
15 Avqust , 2017 14:39
Prokuror Bakıda bir neçə cinayət törətməkdə təqsirləndirilən keçmiş məhkuma cəza istəyib
Report

Bakı. 15 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə cinayət törətməkdə təqsirləndirilən Yaşar Şəfiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında Y.Şəfiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası avqustun 18-nə təyin edilib.

Qeyd edək ki, Y.Şəfiyev ötən il Bakının Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasında cinayət törədəndən sonra həbs olunub.

Belə ki, daş karxanasında gözətçi işləyən Cəlilabad rayon sakini Namiq Məmmədov basqına məruz qalıb. Naməlum şəxs N.Məmmədova boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib və onun 132 manatını alaraq qaçıb. Gözətçi ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Y.Şəfiyev saxlanılıb.

İstintaq dövründə məlum olub ki, Y.Şəfiyev əvvəllər də quldurluq, hədə-qorxu ilə tələb etmə, oğurluq, dələduzluq maddələri ilə cinayəti törətdib.

Xatırladaq ki, Y.Şəfiyev daha əvvəl də məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi