Prokuror Bakıda Almaniya vətəndaşının evindən oğurluq edən gürcüstanlı qadına cəza istəyib

Prokuror Bakıda Almaniya vətəndaşının evindən oğurluq edən gürcüstanlı qadına cəza istəyib Məhkəmənin növbəti iclası aprelin 6-na təyin edilib
Hadisə
30 Mart , 2017 16:06
Prokuror Bakıda Almaniya vətəndaşının evindən oğurluq edən gürcüstanlı qadına cəza istəyib

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xanım Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Daha sonra dövlət ittihamçısı çıxış edib. O, X.Məmmədovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən qadının hüquqlarını müdafiə edən şəxs isə çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası aprelin 6-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Nəsimi rayonu ərazisində baş verib. Gürcüstan vətəndaşı X.Məmmədova həmin ərazidə yaşayan Almaniya vətəndaşı Axel Güntel Gülbeztin evindən 6 min avro pul oğurlayıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Məmmədova şübhəli şəxs qismində saxlanılıb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi