Prokuror Bakıda adam öldürməyə cəhd edən şəxsin hökmündən protest verib

Prokuror Bakıda adam öldürməyə cəhd edən şəxsin hökmündən protest verib Məhkəmənin növbəti iclası oktybarın 20-nə təyin edilib
Hadisə
14 Oktyabr , 2017 09:13
Prokuror Bakıda adam öldürməyə cəhd edən şəxsin hökmündən protest verib
Report

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakıda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Vəli Əhmədovun barəsində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş Sənan İsmayılov apellyasiya şikyəti verib.

“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatına görə, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Rusiya Federasiyası vətəndaşı V.Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qəsəbə sakini Sənan İsmayılova xəsarət yetirib. S.İsmayılov dərhal xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əhmədov tutulub. Hadisəni törədərkən onun istifadə etdiyi "Vinçester" markalı tüfəng, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.

O, Cinayət Məcəlləsinin (CM) 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı çıxışında V.Əhmədovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə onun barəsində CM-nin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Hökmə əsasən, V.Əhmədov 5 il müddətinə azadlıqdan məhrum olunub.

Son xəbərlər

Orphus sistemi