Prokuror Bakıda 31 yaşlı kişini bıçaqlayan şəxsə cəza istəyib

Prokuror Bakıda 31 yaşlı kişini bıçaqlayan şəxsə cəza istəyib Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Eldar Orduxanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
27 Noyabr , 2019 12:01
Prokuror Bakıda 31 yaşlı kişini bıçaqlayan şəxsə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Eldar Orduxanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. 

Prokuror təqsirləndirilən şəxsin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, hadisə aprel ayında paytaxtın Nizami rayonunda qeydə alınıb. Gecə saat 01:20 radələrində 1993-cü il təvəllüdlü Orduxanov Eldar Əli oğlu Bakı şəhəri, Nizami rayonu M.Əliyev küçəsinda yerləşən kafenin qarşısında aralarında yaranmış mübahisə zamanı, 1988-ci il təvəllüdlü Alıxanov Nicat Dostəli oğluna bıçaqla qarın nayihəsinə kəsilmiş-deşilmiş xəsarətlər yetirib. N.Alıxanov 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

E.Orduxanova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi