Prokuror azərbaycanlı qadınları Dubaya aparan şəxsə cəza istəyib

Prokuror azərbaycanlı qadınları Dubaya aparan şəxsə cəza istəyib Məhkəmənin növbəti prosesi yanvarın 26-na təyin edilib
Hadisə
19 Yanvar , 2018 16:49
Prokuror azərbaycanlı qadınları Dubaya aparan şəxsə cəza istəyib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Dubaya apararaq onları cinsi istismara məruz qoymaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Vəfa Mürşüdovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov çıxış edib.

Prokuror çıxışında V.Mürşüdovanın 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 26-na təyin edilib.

Qeyd edək ki, ötən il V.Mürşüdovanın barəsində Cinayət Məcəlləsin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törədildikdə) maddəsi ilə axtarış elan edilib. 2017-ci il sentyabr ayının 22-də o, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. İstintaq dövründə cinayət işi üzrə iki zərərçəkmiş qadın tanınıb. Məlum olub ki, həmin qadınlar V.Mürşüdova tərəfindən Dubaya aparılaraq cinsi istismara məruz qalıb.

Son xəbərlər

Orphus sistemi