Prokuror azadlığa buraxılan keçmiş polis kapitanının hökmündən protest verib

Prokuror azadlığa buraxılan keçmiş polis kapitanının hökmündən protest verib Məhkəmənin növbəti iclası dekabrın 21-nə təyin edilib
Hadisə
9 Dekabr , 2017 10:13
Prokuror azadlığa buraxılan keçmiş polis kapitanının hökmündən protest verib

Bakı. 9 dekabr. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Fəqan Nəsibovun barəsində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 21-nə təyin edilib.

Qeyd edək ki, F.Nəsibov daha əvvəllər Binəqədi Rayon Polis İdarəsində kapitan rütbəsi ilə çalışıb. O, polis vəzifəsindən ayrılandan sonra hüquqşünas kimi fəaliyyətini davam etdirib.

İttiham aktına əsasən, F.Nəsibov hüquqi nümayəndəsi olduğu şəxslərdən dələduzluq yolu ilə pul alıb.

Xatırladaq ki, F.Nəsibov 2014-cü ildə də həbs edilib. O, metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyib. Həmin vaxt dələduzluqda ittiham edilən F.Nəsibov ittihamı qəbul etmədiyi üçün bu addımı atdığını deyib. Onun barəsində məhkəmə şərti cəza təyin edib.

F.Nəsibov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Nəsibovun barəsində 3 il sınaq müddəti təyin edilməklə ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi