​Prokuror atasını bıçaqlayan və məhkəmə zalından azadlığa buraxılan 16 yaşlı gəncin işi üzrə apellyasiya protesti verib

​Prokuror atasını bıçaqlayan və məhkəmə zalından azadlığa buraxılan 16 yaşlı gəncin işi üzrə apellyasiya protesti verib Məhkəmənin baxış iclası iyunun 14-nə təyin edilib
Hadisə
2 İyun , 2016 09:28
​Prokuror atasını bıçaqlayan və məhkəmə zalından azadlığa buraxılan 16 yaşlı gəncin işi üzrə apellyasiya protesti verib

Bakı. 2 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində atasını bıçaqlamaqda təqsirləndirilən Samid Məmmədovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmənin ilkin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin iyul ayının 25-də Binə qəsəbəsi Südçülük sovxozunda baş verib. 2000-ci il təvəllüdlü S.Məmmədov atası Ağarəhim Rəhimovu bıçaqlayıb.

S.Məmmədov evə sərxoş vəziyyətdə gələn atası A.Rəhimovun bacısı Şəlalə Məmmədovanı əsassız yerə danlamasını, daha sonra sillə vurmasını qəbul etməyib. Buna əsəbiləşən S.Məmmədovla atası arasında mübahisə baş verib. Nəticədə o, mətbəx bıçağı ilə atasının bədəninə 8 bıçaq zərbəsi endirib. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına vaxtında çatdırılıb. A.Rəhimova tibbi yardım göstərilib və onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Cinayət Məcəlləsinin (CM) 29, 120-1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Bu il aprel ayının 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Məmmədovun ittiham olunduğu CM-nin 29, 120-1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub. Hökmə əsasən, ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. S.Məmmədov məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi